Bayram namazının vəsfi

    14.04.2015

Bayram namazı iki rükət qılınır. Bu namazda on iki dəfə təkbir deyilir. Birinci rükətdə ihram təkbirindən sonra və qiraətdən əvvəl yeddi, ikinci rükətdə isə qiraətdən əvvəl beş təkbir deyilir.
Amr ibn Şueyb atasından o da babasından rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) hər iki bayram namazını qılarkən birinci rükətdə yeddi, ikinci rükətdə isə beş dəfə təkbir edərdi»[1].
Aişə deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə və qurban bayramında namaz qılarkən, rükuya gedərkən edilən təkbirlərdən başqa, yeddi və beş dəfə təkbir etdi»[2].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1057. əl-Mişkat: № 1441. İbn Macə: 1/ 407/ № 1279.
[2] Hədis səhihdir. əl-İrva: № 639. Səhih Sünən İbn Macə: № 1058. İbn Macə: 1/ 407/ № 1280. Əbu Davud: 4/ 6-7/ № 1137-1138.