Bu namazda hansı surələr oxunur?

    14.04.2015

Noman ibn Bəşir deyir ki, «Peyğəmbər (S.A.V.) hər iki bayram namazında və cümədə “Səbbih ismə rabbikəl Alə” yəni, əl-Alə və “Həl ətakə hədisul ğaşiyə” yəni, əl-Ğaşiyə surələrini oxuyardı»[1].
Ubeydullah ibn Abdullah deyir ki, «Ömər bayram günü namazgaha çıxdı və Əbu Vaqid əl-Leysinin yanına adam göndərib, “belə bir gündə Peyğəmbər hansı surəni oxuyardı?” - deyə soruşdu. O isə: Qaf və Qəmər surələrini oxyardı – deyə cavab göndərdi»[2].

 
[1] Hədis səhihdir. əl-İrva: № 644. Səhih Sünən İbn Macə: № 1281. Müslim: 2/ 598/ № 878. Əbu Davud: 3/ 472/ № 1109. Tirmizi: 2/ 22/ № 531. Nəsai: 3/ 184. İbn Macə: 1/ 408/ № 1281. Onun rəvayətində “Cümədə” sözü qeyd olunmur.
[2] Hədis səhihdir. əl-İrva: 3/ № 118. Səhih Sünən İbn Macə: № 106. Müslim: 2/ 607/ № 891. Əbu Davud: 4/ 15/ № 1142. Tirmizi: 2/ 23/ № 532. Nəsai: 3/ 183. İbn Macə: 1/ 408/ № 1282.