Qurban bayramında deyilən təkbirlərin vaxtı, Ərəfa günü sübhdən, sonuncu təşriq günü əsrə qədər davam edir
Bu haqda rəvayət Əli, İbn Abbas və İbn Məsudan səhih rəvayətlərlə nəql olunmuşdur. Allah onlardan razı olsun![2]
Təkbirin deyiliş qaydasına gəlincə, bu barədə bir neçə seçim vardır. Demək, İbn Məsuddan rəvayət olunur ki, o, təkbiri cüt-cüt edər və təşriq günləri belə deyərdi: Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və lilləhil həmd.
Bu rəvayəti İbn Əbu Şeybə (2/ 165) rəvayət etmişdir və sənədi səhihdir. Lakin o eyni hədisi başqa yerdə həmin sənədlə rəvayət etmiş və təkbirin üç dəfə deyildiyini qeyd etmişdir. Təkbirin üç-üç deyilməsi haqqında digər bir rəvayəti Beyhəqi (3/ 315) səhih sənədlə, Yəhya ibn Səiddən, o da Əbu Bəkkar Həkəm ibn Fərruhdan, o da İkrimədən o isə İbn Abbasdan rəvayət etmişdir.[3]
[1] Təşriq günləri, Zül-Hiccə ayının 11, 12 və 13-cü günləri sayılır.
[2] Əlidən rəvayət olunan hədisi İbn Əbu Şeybə iki sənədlə nəql etmişdir: 2/ 165. Onlardan biri yaxşı rəvayət sayılır. Elə bu rəvayəti Beyhəqi (3/ 314) də rəvayət etmişdir. Sonra elə bir rəvayəti İbn Abbasdan da rəvayət etmişdir və onun sənədi də səhihdir. Hakim (1/ 300) də İbn Abbasdan və İbn Məsuddan belə bir rəvayət etmişdir. Bax, əl-İrva: 3/ 125.
[3] əl-İrva: 3/ 125.