Ölümü çatan hər bir müsəlmanın ailəsi, ona şəhadət kəlməsini dedizdirməlidirlər
Əbu Səid əl-Xudri Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ölüm ayağında olan ölülərinizə “lə iləhə illəllah” kəlməsini dedizdirin»[1].
Peyğəmbərin (S.A.V.) ölən adama “lə iləhə illəllah” kəlməsini dedizdirməyi əmr etməsinə səbəb, ölənin son kəlməsinin “lə iləhə illəllah” olmasıdır. Muaz ibn Cəbəl Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimin son sözü “lə iləhə illəllah” kəlməsi olarsa cənnətə daxil olar»[2].