Ölənin qohumlarının boynuna düşən vacib

    14.04.2015

Ölüm xəbərini eşidən qohumlara iki şey vacibdir:
Birinci: Səbrli olmaq və qəza-qədərlə razılaşmaq.
Belə ki, Uca Allah buyurur: «Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad və b.) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik)(öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər, onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!»[1]
Ənəs ibn Malik (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bir qadının qəbirin yanında oturub ağladığını gördü və dedi: «Allahdan qorx, səbr et!» Qadın dedi: Sən mənim dərdimi bilmirsən. Mənim başıma gələn sənin başına gəlməyib». Rəvayətçi deyir ki, həmin an qadın, Peyğəmbəri (S.A.V.) tanımırdı. Ona dedilər ki, bəs bu Peyğəmbərdir (S.A.V.). Bunu eşidən qadın, sanki ölümcül hala düşdü. Sonra Peyğəmbərin (S.A.V.) qapısına gəlib qapının önündə gözətçilərin olmadığını gördü və dedi: Ey Allahın elçisi, mən səni tanımamışam[2]. Peyğəmbər (S.A.V.) dedi: «Həqiqətən də səbr, (müsibətin baş verməsini eşidən) ilk andan edilməlidir»[3].

 
[1] əl-Bəqərə: 155-157.
[2] Qadının Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tanımamasına səbəb onun qəm-kədər içərisində olması və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ardınca gözətçi gəzdirməməsi idi. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) padşahlar kimi öz arxasında nə də qapısının önündə gözətçi saxlamazdı. Sonra Həmin qadına onun kobud cavabından sonra, “bu Peyğəmbərdir” – deyiləndə qadın bərk qorxdu. Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də bir padşah kimi düşünüb onun yanına buraxılmayacağını düşündü. Amma qapının önündə heç bir gözətçi olmadığını və onun adi həyat sürdüyünü gördükdə təəccübləndi. (Bax. Fəthul Bari: 4/ 326) (tərc.)
[3] Müslim: 2/ 637/ № 626. Rəvayətin bu mətni onundur. Buxari: 3/ 148/ № 1283. Əbu Davud: 8/ 395/ № 3108.