Övladların ölümünə səbr etmək böyük savabdır

    14.04.2015

Əbu Səid əl-Xudri (A.R.O.) deyir ki, qadınlar Peyğəmbərə (S.A.V.) dedilər ki, bizim üçün də bir gün ayır. Peyğəmbər (S.A.V.) də onlar üçün gün ayırıb vəz etdi və dedi: «Hər hansı bir qadının üç övladı ölərsə, onlar onu cəhənnəm odundan qoruyarlar». Aralarından bir qadın: “bəs iki övlad?” – deyə soruşdu. Peyğəmbər (S.A.V.) dedi: «Həmçinin iki övlad»[1].

 
[1] Buxari: 3/ 118/ № 1249. Müslim: 4/ 2028/ № 2633.