Meyit üçün nə etmək vacibdir?

    14.04.2015

Meyitin yanında olan qohum-əqrəba və ya istənilən insana bunları etmək vacibdir: Onu yumaq, kəfənləmək, cənazə namazı qılmaq və dəfn etmək.
 
Birinci – Meyiti yumaq:
Bunun vacib olması Peyğəmbərin (S.A.V.) bir çox hədislərdə meyiti yumağı əmr etməsinə görədir.

  1. Demək həcc zamanı ehram paltarında ölən kişinin hadisəsində belə demişdir: «Onu su və sidr ilə yuyun...»[1].
  2. Həmçinin qızı Zeynəb (A.R.O.) vəfat edəndə belə demişdir: «Onu, üç, beş və ya yeddi dəfə yuyun...»[2].
 
[1] Buxari: 3/ 135/ № 1265. Müslim: 2/ 865/ № 1206. Əbu Davud: 9/ 63/ № 3222. Tirmizi: 2/ 214/ № 958. Nəsai: 5/ 195.
[2] Buxari: 3/ 132/ № 1259. Müslim: 2/ 647/ № 939.