Qohumların boynuna düşən ikinci vacib

    14.04.2015

İstirca etmək: yəni, ayədə deyilən, «innə lilləhi və innə iləyhi raciun» - sözlərini demək və bunları da əlavə etmək: «Allahummə əcirni fi musibəti vəxluf li xeyrən minhə». Tərcüməsi isə belədir: «Biz Allahınıq (Allahın bəndələriyik)(öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!», «Ey Allahım, bu müsibətimə görə mənə savab əta eylə və bunu daha xeyirlisi ilə əvəz et».
Demək Ummu Sələmə (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitdim: «Başına müsibət gələn hər hansı bir müsəlman Allahın ona əmr etdiyini: «innə lilləhi və innə iləyhi raciun» Allahummə əcirni fi musibəti vəxluf li xeyrən minhə - deyərsə, Uca Allah mütləq ondan daha xeyirlisini ona nəsib edər». Ummu Sələmə deyir ki, həyat yoldaşım Əbu Sələmə vəfat etdikdə mən öz-özlüyümdə dedim: hansı müsəlman Əbu Sələmədən daha xeyirli ola bilər. Axı onun evi, Peyğəmbərin (S.A.V.) yanına ilk hicrət edən ev idi. Sonra mən həmin duanı etdim və Allah mənə Peyğəmbəri (S.A.V.) nəsib etdi.[1]

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5764. əl-Cənaiz: səh. 23. Müslim: 2/ 631/ № 918.