Ya Rəbb!
Allahın elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Musa Rəbbindən altı xislət barəsində soruşdu. O güman edirdi ki, bu xislətlər ona aiddir. Yeddinci xisləti isə o sevmirdi. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən təqvalıdır?” Allah buyurdu: “Məni zikr edən və Məni unutmayan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən doğru yoldadır?” Allah buyurdu: “Doğru yol göstəricisinə tabe olan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən ədalətli hökm verəndir?” Allah buyurdu: “İnsanlar arasında, özünə hökm verdiyi kimi hökm verən”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən biliklidir?” Allah buyurdu: “İnsanların elmini öz elminə birləşdirərək elmdən doymayan alim”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən izzətlidir?” Allah buyurdu: “Cəzalandırmağa qadir olduğu halda bağışlayan.” Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən varlıdır?” Allah buyurdu: “Verilənə razı olan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən kasıbdır?” Allah buyurdu: “Verilənlə kifayətlənməyib, artıq istəyən”. Allahın elçisi - salləllahu aleyhi və səlləm – sözünə davam edərək dedi: “Zənginlik çoxlu mal-dövlətə sahib olmaq demək deyildir. Həqiqətən, zənginlik nəfsin zəngin olmasıdır. Allah bir qula xeyir istədikdə onun nəfsini zəngin, qəlbini təqvalı edər. Allah bir qula şər istədikdə isə kasıblığı onun alnına yazar.”