Meyiti kim yumalıdır?

    14.04.2015

Meyiti yumaq qaydasını bilən insan, öləni yumalıdır. Ələlxüsus həmin adam ölənin öz ailəsindən və ya qohumlarındandırsa o bunu etməlidir. Çünki Peyğəmbəri (S.A.V.) yuyanlar onun öz ailəsindən idilər.
Əli (A.R.O.) deyir ki, mən Peyğəmbəri (S.A.V.) yuyarkən dayanıb meyitin hansı hala düşdüyünə baxmaq istəyirdim. Amma mən heç bir şey görə bilmədim. Peyğəmbər (S.A.V.) öləndə də sağlığındakı kimi gözəl idi[1].
Kişi meyiti kişi, qadın meyiti isə qadın yumalıdır. Yalnız ər-arvad istisnadır. Belə ki, ər arvadını, arvad da ərini yuya bilər.
Aişə (A.R.O.) deyir ki, «əgər başıma gələnlər qarşıda olsaydı o zaman Peyğəmbəri (S.A.V.) qadınlarından başqa heç kəs yumazdı»[2].
Aişə (A.R.O.) digər rəvayətdə isə belə deyir: «Peyğəmbər (S.A.V.) Bəqidən, cənazə dəfnindən gəlirdi. Mən isə, “ay başım-ay başım!” – deyib, başağrısından şikayətlənirdim. Peyğəmbər (S.A.V.) bunu eşidəndə dedi: sənin deyil, mənim başım ağrayır. Sən məndən öncə ölsən eyb etməz. Mən səni yuyar, kəfənləyər, sonra cənazə namazı qılıb basdıraram»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1198. əl-Cənaiz: səh. 50. İbn Macə: 1/ 471/ № 1467.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1196. əl-Cənaiz: səh. 49. Əbu Davud: 8/ 413/ № 3125. İbn Macə: 1/ 470/ № 1464.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1197. əl-Cənaiz: səh. 50. İbn Macə: 1/ 470/ № 1465.