Yumağın qaydası

    14.04.2015

Ummu Atiyyə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) qızını yuyanlara belə dedi: «Onu sağ tərəfindən və dəstəmaz əzalarından yumağa başlayın...»[1].
Ummu Atiyyə (A.R.O.) digər rəvayətdə deyir ki, «Biz Peyğəmbərin (S.A.V.) qızını yuyarkən o, yanımıza gəldi və dedi: Onu su və sidr ilə üç, beş və yeddi dəfə, lazım olsa daha da artıq yuyun. Sonda isə kafur və ya bir az kafur istifadə edin. Siz bunu bitirdikdən sonra məni çağırın». Biz işimizi bitirdikdən sonra onu çağırdıq və o bizə tərəf uzun bir parça uzatdı və dedi: «Bunu da əyninə paltar kimi geyindirin»[2].
Yenə də Ummu Atiyyə deyir: «Biz onun saçını üç yerə bölüb: ikisini yan, birini isə ön tərəfdən – hörük toxuduq»[3].
Digər rəvayətdə isə belə deyir: «Biz onun saçını üç hörük toxuyub arxa tərəfinə salladıq»[4].

 
[1] Buxari: 3/ 130/ № 1255. Müslim: 2/ 648/ № 939.
[2] Buxari: 3/ 125/ № 1253. Müslim: 2/ 646/ № 939. Əbu Davud: 8/ 416/ № 3126. Tirmizi: 2/ 229/ № 995. İbn Macə: 1/ 468/ № 1458.Nəsai: 4/ 28.
[3] Buxari: 3/ 133-134/ № 1262-1263. Müslim: 2/ 646/ № 939. Nəsai: 4/ 30.
[4] Buxari: 3/ 133-134/ № 1262-1263. Müslim: 2/ 646/ № 939. Nəsai: 4/ 30.