Kəfənlə bağlı müstəhəb məsələlər

    14.04.2015

 

  1. Kəfənin ağ olması: Peyğəmbər (S.A.V.) demişdir: «Ağ paltarlarınızı geyinin. Bu sizin ən xeyirli libasınızdır. Ölənləri də onunla kəfənləyin»[1].
  2. Kəfənin üç paltar (üç qat) olması: Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) Yəmənin Suhul şəhərindən gətirilmiş, pambıqdan toxunmuş üç ədəd ağ paltarda kəfənlənmişdi. Onun əynində köynək və əmmamə yox idi»[2].
  3. Yaxşı olar ki, paltarların biri xətli olsun. Demək Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biriniz vəfat edəndə imkan olsa xətli paltarda kəfənlənsin»[3].
 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3236. əl-Cənaiz: səh. 62. Tirmizi: 2/ 232/ № 999. Əbu Davud: 10/ 362/ № 3860.
[2] Buxari: 3/ 135/ № 1264. Müslim: 2/ 649/ № 941. Əbu Davud: 8/ 425/ № 3135. Tirmizi: 2/ 233/ № 1001. Nəsai: 4/ 36. İbn Macə: 1/ 472/ № 1469.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 455. əl-Cənaiz: səh. 63. Əbu Davud: 8/ 425/ № 3134.