Deyilən iki qism insan üçün cənazə namazı qılmağın vacib olmamasını demək, onlar üçün bu namazı qılmağın qadağan olması demək deyil

    14.04.2015

Aişə (A.R.O.) deyir ki, « ənsarlardan bir nəfərin uşağını Peyğəmbərin (S.A.V.) yanına gətirdilər və o da onun üçün cənazə namazı qıldı...»[1].
Abdullah ibn əz-Zubeyr (A.R.O.) deyir ki, «Uhud günü Peyğəmbər (S.A.V.) Həmzənin cəsədini paltarla örtməyi əmr etdi. Sonra onun üçün cənazə namazı qıldı və namazda doqquz təkbir etdi. Sonra digər ölüləri də gətirib səfə düzdülər və onlar üçün cənazə qıldığı halda, digərləri ilə birlikdə Həmzə üçün də cənazə namazı qıldı»[2].

 
[1] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1839. Müslim: 4/ 2050/ № 2262. Nəsai: 4/ 57.
[2] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 49. Hədisin sənədinin rəvayətçiləri etibarlıdırlar. Onu Təhavi “Məani əl-Əsar” kitabında (1/ 290) rəvayət etmişdir.