Kişi və qadın cəsədlərindən ibarət bir neçə cənazə olduqda namaz necə qılınmalıdır?

    14.04.2015

Əslində hər cənazə üçün ayrılıqda namaz qılınmalıdır. Əgər onlar üçün birlikdə bir namaz qılarsa bu da caizdir. Belə halda imam kişilərin və oğlan uşaqlarının cəsədlərini birbaşa öz qarşısına, qadın və qız uşaqlarının cəsədlərini isə qiblə tərəfdən düzür.
Nafi deyir ki, İbn Ömər (A.R.O.) eyni anda doqquz nəfər üçün cənazə namazı qılırdı. O, kişiləri imamın qarşısına, qadınları isə qiblə tərəfdən səfə düzdü. Əlinin (A.R.O.) qızı, Ömər ibn əl-Xəttabın (A.R.O.) arvadı Ummu Kulsum və Zeyd adlı oğlu birlikdə səfə qoyuldular. O gün imam Səid ibn əl-As (A.R.O.) idi. Camaatın arasında isə İbn Abbas, Əbu Hureyrə, Əbu Səid və Əbu Qatədə (Allah onlardan razı olsun) kimi səhabələr var idilər. Demək uşağı imam tərəfə qoydular. Bu zaman bir nəfər kişi buna etirazını bildirdi. Mən isə İbn Abbasa, Əbu Hureyrəyə, Əbu Səidə və Əbu Qatədəyə (Allah onlardan razı olsun) baxıb dedim: Bu nədir? Onlar isə dedilər: «Sünnəyə görə belədir»[1].

 
[1] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1869. əl-Cənaiz: səh. 103. Nəsai:  4/ 71.