Yaxşı olar ki, cənazə namazı qılanlar imamın arxasında üç səf dayansınlar, hətta sayları olsa belə
Mərsəd əl-Yəzəni, Malik ibn Hubeyradan (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət etmişdir: «Hər hansı bir insan ölər və onun üçün üç səf müsəlman cənazə namazı qılarsa, bağışlanması mütləqdir». Rəvayətçi deyir ki, «Malik, cənazə qılanların sayının azlığını gördükdə, bu hədisə əsasən onları üç səfə bölərdi»[1].
[1] Hədis həsəndir. əl-Cənaiz: səh. 99-100. Əbu Davud: 8/ 448/ № 3150. Tirmizi: 2/ 246/ № 1033. İbn Macə: 1/ 478/ № 1490.