İmam cənazənin hansı tərəfində dayanmalıdır?

    14.04.2015

Əbu Ğalib əl-Xəyyat deyir ki, «mən Ənəs ibn Maliki (A.R.O.) bir nəfər kişi üçün cənazə qılan gördüm. O, meyitin baş tərəfində dayanmışdı. Həmin cənazədən sonra qureyşlilərdən və ya ənsarlardan bir qadının cənazəsini gətirdilər və dedilər: Ey Əbu Həmzə, bu, filankəs qızı filankəsin cənazəsidir onun üçün cənazə namazı qıl. Sonra Ənəsz cəsədin ortasında dayanıb cənazə namazı qıldı. Bizim yanımızda əl-Əla ibn Ziyad əl-Ədəvi dayanmışdı. O, Ənəsin kişi və qadın üçün cənazə namazı qılarkən fərqli yerlərdə dayanışını görüb dedi: Ey Əbu Həmzə, Peyğəmbər (S.A.V.) də sənin kimi, kişinin və qadının cənazəsi üzərində belə fərqli yerlərdə dayanardı? Ənəs: Bəli – deyərək cavab verdi. Rəvayətçi deyir ki, əl-Əla üzünü bizə tərəf çevirib dedi: Bunu yadınızda saxlayın»[1].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1214. Əbu Davud: 8/ 484/ № 3178. Tirmizi: 2/ 249/ № 1039. İbn Macə: 1/ 479/ № 1494.