Cənazə namazının qılınma qaydası

    14.04.2015

Cənazə namazında dörd, beş və ümumiyyətlə doqquza qədər təkbir etmək olar. Hər dəfə fərqli-fərqli etmək daha yaxşıdır.
Dörd dəfə təkbir etmək haqqında dəlil, Əbu Hureyrənin (A.R.O.) rəvayət etdiyi hədisdir. Hədisdə deyilir ki, «Nəcaşi ölən gün Peyğəmbər (S.A.V.) onun bəd xəbərini camaata çatdırdı. Sonra namazgaha çıxıb camaatı səfə düzdü və dörd dəfə təkbir etdi»[1].
Beş dəfə təkbir etmək haqqında sübut, Əbdürrəhman ibn Əbu Leylanın rəvayətidir. O deyir ki, Zeyd ibn Ərqəm (A.R.O.) bizim cənazələr üçün namaz qılarkən dörd dəfə təkbir edərdi. Bir dəfə bir cənazə üçün beş dəfə təkbir etdi və mən bu haqda onadan soruşdum. O isə belə cavab verdi ki, Peyğəmbər (S.A.V.) də bu sayda təkbir edərdi[2].
Altı və ya yeddi dəfə təkbir edilməsi haqqında bir neçə mövquf rəvayətlər (səhabələrə nisbət olunan sözlər) mövcuddur. Amma bu rəvayətlər də Peyğəmbərə (S.A.V.) istinad olunan mərfu hədislər kimi məqbuldur. Çünki bəzi böyük səhabələr digər səhabələrin qarşısında belə etmişlər, lakin heç kəs buna öz etirazını bildirməmişdir.
Demək Abdullah ibn Məqil deyir ki, Əli ibn Əbu Talib (A.R.O.), Səhl ibn Huneyf üçün cənazə namazı qıldı və altı dəfə təkbir etdi və sonra üzünü bizə tutub dedi: O, Bədr döyüşünün iştirakçılarından idi (Allah cəmi səhabələrdən razı olsun)[3].
Musa ibn Abdullah ibn Yezid deyir ki, «Əli (A.R.O.) Əbu Qatadə (A.R.O.) üçün cənazə namazı qıldı və yeddi dəfə təkbir etdi. Əbu Qatədə də Bədr döyüşünün iştirakçılarından idi»[4].
Abdullah ibn Xeyr deyir ki, «Əli (A.R.O.) Bədr döyüşü iştirakçıları üçün cənazə qılarkən altı dəfə təkbir edərdi. Peyğəmbərin (S.A.V.) digər səhabələri üçün beş, sıravi insanlar üçün isə dörd dəfə təkbir edərdi»[5].
Doqquz dəfə təkbir emtəyin dəlilil isə budur. Demək Abdullah ibn Zubeyr deyir ki, «Peyğəmbər (S.A.V.) Həmzə üçün cənazə namazı qıldı və doqquz dəfə təkbir etdi...»[6].

 
[1] Buxari: 3/ 116/ № 1245. Müslim: 2/ 656/ № 951. Əbu Davud: 9/ 5/ № 3188. Nəsai: 4/ 72.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1222. Müslim: 2/ 659/ № 957. Əbu Davud: 8/ 494/ № 3181. Tirmizi: 2/ 244/ № 1028. İbn Macə: 1/ 482/ № 1505. Nəsai: 4/ 72.
[3] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 113. Hakim: 3/ 409. Beyhəqi: 4/ 36.
[4] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 114. Beyhəqi: 4/ 36.
[5] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 113. Darəqutni: 2/ 73/ № 7. Beyhəqi: 4/ 37.
[6] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 49. Hədisin sənədinin rəvayətçiləri etibarlıdırlar. Onu Təhavi “Məani əl-Əsar” kitabında (1/ 290) rəvayət etmişdir.