Şəriətin qadağan etdiyi şeylərlə cənazəni müşayiət etmək olmaz
Bu xüsusda iki şey: uca səslə ağlamaq və od yandırmaq – hədislərlə qadağan edilmişdir.
Peyğəmbər (S.A.V.) demişdir ki, «Cənazə, ağı deməklə və od yandırmaqla müşayiət edilməz»[1].
Uca səslə zikr oxuyaraq cənazəni müşayiət etmək də bura aiddir. Bu bir bidətdir. Demək, Qeys ibn Abbad deyir ki, «Peyğəmbərin (S.A.V.) səhabələri cənazəni müşayiət edərkən səsi ucaltmağı bəyənməzdilər»[2].
Bu bir növ xaçpərəstlərin adətlərinə də bənzəyir. Belə ki, onlar, cənazəni müşayiət edərkən qəm-qüssə içərisində, avazla İncildən və digər zikrlərdən sitatlar oxuyurlar.
Bundan da pis, cənazəni musiqi alətlərinin ifasında həzin mahnılarla müşayiət etməkdir. Bəzən, qeyri müsəlmanlara təqlid edərək bu kimi şeylər edilir. Allah bizi qorusun