Qəbiristanlıqdan keçərkən və ya oraya daxil olarkən nə demək lazımdır?

    15.04.2015

Aişə (A.R.O.) deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim ki, «ey Allahın elçisi, mən qəbirdə olanlara necə dua deyim?» O isə dedi: Belə de!
«السَّلاَمُ عَلَى أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وَيَرْحَمُ اللهُ المُسْتَقَدِمِينَ مِنَّا وَالمُسْتَأْخِرِينَ وإنَّا إنْ شَاءَ اللهُ بِكُم للاَحِقُون»
«Əs-sələmu alə əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va yərhamu-l-lahu-l-mustəqdiminə minnə va-l-mustəxirin va innə in şəa-l-lahu bikum lələhiqunə».
«Sizə salam olsun, ey möminlər və müsəlmanlar diya­rının əhli! Bizdən qabaq və sonra olanlara Allahın mərhəməti olsun. Allah qoysa, biz də sizə qoşulacağıq»[1].
Süleyman ibn Bureydə atasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) onlara qəbiristanlığa gedərkən belə demələrini öyrədərdi:
«السَّلاَمُ عَلَيكُم أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وإنَّا إنْ شَاءَ اللهُ بِكُم للاَحِقُونَ أسأَلُ اللهُ لَنَا وَلَكُم العَافِيَةَ»
«Əs-sələmu aleykum əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va innə in şəa-l-lahu bikum ləhiqunə. Əsəlu-l-lahə lənə va ləkumu-l-afiyətə»
«Sizə salam olsun, ey möminlər və müsəlmanlar diya­rının əhli! Allah qoysa, biz də sizə qoşulacağıq. Allahdan özümüzə və sizə salamatlıq diləyirəm»[2].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4421. Əl-Cənaiz: səh. 183. Müslim: 2/ 669/ № 974. Nəsai: 4/ 91.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1928. Müslim: 2/ 671/ № 975. Nəsai: 4/ 94.