​İki mühüm məsələyə diqqət

    15.04.2015

Birinci: Əksər həcilər Mədinə şəhərində, Məkkədəkindən daha çox qalmağa çalışırlar. Halbuki əl-Həram məscidində qılınan namaz digər məscidlərdə qılınan namazdan yüz min dəfə üstündür. Peyğəmbərin (S.A.V.) məscidində qılınan namaz isə başqa məscidlərdə qılınan min namaza bərabərdir.
Mədinədə qılınan namazla, Məkkədə qılınan namaz arasındakı böyük savab fərqi, yəqin ki, həmin həciləri Məkkədə daha çox qalmağa qane edəcəkdir.
İkinci: Əksər həcilər, Peyğəmbərin (S.A.V.) məscidini ziyarət etməyi həcc əməllərindən biri sanırlar. Ona görə bu işə digər həcc əməlləri kimi canfəşanlıq göstərirlər. Hətta onlara görə əgər kimsə həcc edib amma Mədinə şəhərinə gəlməyibsə onun həcci naqis sayılır!!!
Bu azmış kimi, bu haqda uydurma hədislər rəvayət edirlər. Məsələn, kim həcc edər amma məni ziyarət etməzsə, mənə qarşı laqeydlik etmiş olar.
Amma əslində məsələ onların zənn etdiklərinin tam əksinədir. Peyğəmbər (S.A.V.) onun məscidində namaz qılmaq üçün oranı ziyarət etməyin sünnə olduğunu demişdir. Amma məscidin ziyarəti ilə həcc arasında heç bir bağlılıq yoxdur. Bu məscidin ziyarət edilməməsi həccə naqislik gətirmir. Heç həccin savabını da artırmır. Çünki Peyğəmbərin (S.A.V.) məscidini ziyarət etmək həcc əməllərindən sayılmır. Bu ziyarətin özü müstəqil bir ibadətdir.