Ziyarətgahlar
Mədinə şəhərində ziyarətgahlar adı ilə məşhurlaşan yerlər mövcuddur. Bu yerlər, xəndək döyüşü baş verən yerin yaxınlığında yerləşən yeddi məscid (əl-Məsacid əs-Səbə), iki qiblə (Qibləteyn) məscidi, bəzi quyular, əl-Ğəmamə məscidi, Əbu Bəkr, Ömər və Aişəyə (A.R.O.) mənsub məscidlər. Bu yerlərin heç birini ziyarətgaha çevirmək olmaz. Oranı ziyarət edən kimsə bununla hansısa savaba nail olacağını belə düşünməsin. Əksinə, peyğəmbərlərin və əməlisaleh insanların gəzib-dolaşdıqları yerləri müqəddəsləşdirmək ötən ümmətlərin həlak olmalarına səbəb olmuşdur. Müsəlmanlara, öz Peyğəmbərlərinin (S.A.V.) və onun səhabələrinin (Allah onlardan razı olsun) hidayət yoluna qarşı çıxmaları onlara yaraşan hərəkət deyil. Həqiqətən xeyir onun və onların yolunu getməkdə, şər isə onun və onların yolundan çıxmaqdadır.