Ölmüş rəfiqəmi yuxuda görməmək üçün nə edim?

    25.05.2015
Sual: 
Salam Aleykum men size yazmiwdime men padruqami tez tez yuxuda gorurem dedimki belke olumum yaxinlawir siz cvb yazdizki xeyr ele deyil.men yene onyuxuda gordum.nece dualar oxuyum o yuxuma gelmesin????.Nezir versem olarmi onun Adina????deyirlerki qebirustune onun getmisen ona gore yuxuna gurir bu dogrudurmu??? Cox xahiw tez cavab yazin
Cavab: 

Aleykum salam. Əgər ölən şəxs müsəlman olubsa, Allahdan onun üçün bağışlanma diləmək, cənnətə daxil etməsini və sorğu-sualını asan etməsini diləmək lazımdır. Müəyyən günləri xüsusiləşdirmədən ölünün adına sədəqə də vermək olar. Amma bunların yuxu ilə əlaqəsi olduğu şəriətdə bildirilməyib. Ümumən, pis yuxulardan qorunmaq üçün yatmazdan qabaq ayətul-kursi və digər zikrləri oxumaq lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?

Paylaş: