Namaz qılıb sonra tərk etdiyim üçün cəzalandırıla bilərəmmi?

    27.05.2015
Sual: 
salam mən əvvələr namaz qilirdim cox cətİnlİklər cəkİrdİm və İşlərİm cətİn alinirdi hər şeydən bezdİm və küsdüm İnamim İtİb yenədə arzullarima catmiram deyİrəm bəlkə namaz qildim sonra ona görə allah mənİ cəzalandirir bİlmək İstəyİrəm allah tala mənə cəza verərmİ?
Cavab: 

Aleykum salam. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Tövbə edərək yenidən namaza başlamaq lazımdır. Uca Allah buyurur: "Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)". Şəfaət edənlərin şəfaəti onlara fayda verməz! Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar)". (əl-Muddəsir, 39-49).
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar). Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar". (Məryəm, 59-60).
İşlərin pis olması və çətinliklər isə Allahın sınaqlarıdır, bunlara səbr edənlər böyük mükafat qazanır, asilik edərək namazı tərk edənlər isə cəzalandırılır. Uca Allah buyurur: "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". (əl-Bəqərə, 45).
"Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilər? 
İmanı artırmaq üçün nə etmək lazımdır?
Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: