Sübh namazına dura bilmirəm, gün çıxandan sonra qılmaq olarmı?
Sual:
Salam eleykum men subh namazina dura bilmirem ve namazi gun cixannan sonra qiliram namazi gecikdirmem gunahdirmi?
Cavab:
Aleykum salam. Heç bir üzürlü səbəb olmadan namazları vaxtında qılmamaq böyük günahlardandır. Rəbbimiz bizə bütün namazları vaxtlı-vaxtında qılmağı buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
"... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən Nisa, 103).
"Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar". (əl-Maun, 4-5)
Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ən xeyirli əməlin hansı olduğunu soruşanda, bunun vaxtında qılınan namaz olduğunu bildirmişdir. Həmçinin oxuyun:
Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?
Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?