Dua yazdırıb gəzdirmək və oğlanların zinət əşyaları taxması barədə

    28.05.2015
Kimdən: 
elnur
Sual: 
salamun eleykum.iki sualim olacaq.1.uzerinde dua yazib gezdirmek gunahdir?2.oglanlar adi qizil olmayan sep, bilezik,uzuk taxa biler?
Cavab: 

Aleykum salam.

  1. Cavabı buradan oxuyun: Dua yazdırıb gəzdirmək olarmı?
  2. Kişilər qızıl olmayan üzük taxa bilərlər. Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) üzüyü də gümüşdən olub. Amma bilərzik, zəncir (sep) kimi əşyalar qadınlara məxsus zinət əşyaları olduğu üçün kişinin onları istifadə etməsi qadağandır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etmişdir. (əl-Buxari, "Libas" fəsli, №: 5885; Əbu Davud №: 4098). Həmçinin peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kişilərə qızıl taxmağı da qadağan etmişdir.
Teqlər: 
Paylaş: