Təşəhhüddə salavat duasından sonra "rabbənə ətinə" duasını oxumaq olar?
Aleykum salam. Birinci təşəhhüddə buna ehtiyac yoxdur. Amma sonuncu təşəhhüddə isə bu duaları oxumağınız məsləhətdir.
Sonuncu təşəhhüddə salavatdan sonra oxunan dualar;
Əbu Hureyrə (Allah Ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazda dua edib deyərdi: “Allahummə inni əuzu bikə min azəbi-l-qabri va min azəbi-n-nari va min fitnəti-l-məhyə va-l-məməti va min fitnəti-l-məsihi-d-dəccal”. (Buxari, 1377).
Duanın tərcüməsi: “Allahım! Həqiqətən mən qəbr və cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsihi-d-dəccalın fitnəsinin şərindən Sənə sığınıram!”.
Başqa rəvayətdə: Təşəhhüddə dörd şeydən Allaha sığının: “Allahummə inni əuzu bikə min azəbi cəhənnəm va əuzu bikə min azəbi-l-qabr va əuzu bikə min fitnəti-l-məhyə va-l-məməti va əuzu bikə min şərri fitnəti-l-məsihi-d-dəccal”. (Müslim, 1324).
Həmçinin "rabbənə ətinə" duasını da bunlara əlavə etməyiniz namazın "müstəhəb" (bəyənilən) əməllərindəndir.