Saçımı daraya bilməyəcək qədər şiddətli baş ağrılarım olur...
Sual:
basda cox agrilar olur hec basa el vurmaq olmur ele bil yaradir hetta saci daramaq da olmur zehmet olmasa bu ciddidi?
Cavab:
Salam aleykum. Allah şəfa versin və günahlarınıza kəffarə olsun! Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəstəni ziyarət edərkən deyərdi: "Lə bə'sə tahuruun inşəAllah" (Eybi yoxdur, inşallah (günahların) təmizlənir!)" (Fəthul-Bari, 10/118).
"Əs'əlullahə-l-Aziymə Rabbə-l-Arşi-l-Aziymi ən yəşfiyəkə (Böyük Ərşin Rəbbi olan Əzəmətli Allahdan diləyirəm ki, sənə şəfa versin!)" - Müsəlman bəndə əcəli çatmamış xəstəni ziyarət edib yeddi dəfə bu duanı desə, inşallah xəstə sağalar". (ət-Tirmizi və Əbu Davud. Bax: "Səhih ət-Tirmizi, 2/210 və "Səhih əl-Cami", 5/180). Təbii ki, bununla yanaşı etibarlı həkimə gedərək müalicə olunmaq lazımdır. Həmçinin oxuyun: Bədənində ağrı hiss edən nə deməlidir