"İçki içənin 40 gün ibadəti qəbul olmaz" hədisi səhihdirmi?

    01.06.2015
Kimdən: 
elcun
Sual: 
salamun eleykum.icki icenin 40 gun ibadeti qebul olmur hedisi dogru hedisdir?
Cavab: 
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ümmətindən şərab içən müsəlmanın qırx günlük namazını Uca Allah qəbul etməz!" (Sunən ən-Nəsai, 5570).
Hədisin açıqlamasında bildirilir ki, bu əsla həmin şəxsin qırx gün namaz qılmaması mənasını bildirmir. Həmin şəxs qırx gün namazın savabını qazanmaz, amma bütün namazları vaxtında qılmaq onun üzərində fərz olaraq qalır. Əgər bu müddət ərzində o namazı tərk edərsə, artıq şərab içməkdən də qat-qat böyük günaha batmış olacaq.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmçinin demişdir: "Zinakar zina etdiyi zaman mömin deyildir, şərab (sərxoşedici) içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir. Həmçinin gözü başqalarının əlində olub, insanların əlindən qiymətli şeylərini alan mömin deyildir". (Səhih əl-Buxari, 2295; Səhih Muslim, 86; Sunən Əbu Davud; Sunən ət-Tirmizi; Sunən İbn Məcəh). 
"Kim şərab (sərxoşedici) içərək ölərsə, Allah Təala ona cəhənnəm sakinlərinin içkisi olan irin içirdər". (Səhih Muslim; Sunən ən-Nəsai).
Həmçinin oxuyun: İçki içməyin günahı
Paylaş: