Ərimlə aramızda bəzi dini məsələlərə görə mübahisələr yaranır...

    08.06.2015
Sual: 
Salam aleykum. İnşəAllah yaxşısız. yoldaşımla din haqqınfa çox söz-söhbətimiz olur. Mənə namaz qılmağı da qadağan edib. Amma İnşəAllah gizli namaz qılmağı planlaşdırmışam. söz söhbətin səbəblərindən biri də budur ki, eşitdiyimə görə yemək yeyğndə sağ əl,yuyunanda sol əl istifadə olunmalıdır. Evə daxil olanda sağ ayaqla daxil olub salam vermək,çıxanda sol ayaqla çıxıb bismilləh demək lazımdı. Bütün bunlar nə dərəcədə düzdü,mən həmişə belə eləyirəm. Əgər düz edirəmsə hansə ayəyə və ya hədisə əsaslanmalıyam. Bir də əgər yoldaşım məni dindən uzaqlaşdırmaq istədə boşanmaq düzgündürmü? Ailəmi dağıtmaq istəmirəm.necə edim?ancaq dualar edirəm.
Cavab: 

Aleykum salam. Ərinizdən səbəbsiz yerə boşanma tələb etməniz qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar". (İbn Məcəh, №: 1672; Əbu Davud: 6/308, №: 2209; ət-Tirmizi, 2/329, №: 1199). Daha ətraflı: Qadın cahil həyat yoldaşından boşanma tələb edə bilərmi?
Amma namaz qılmağa davam etməlisiniz, çünki bu, Uca Allahın əmridir. Həmçinin ərinizi də gözəl əxlaqla dinə dəvət etməli və bunun üçün çoxlu dua etməlisiniz. Daha ətraflı: İslama dəvət necə olmalıdır?
Həmçinin zikrlərin hansı ayə və hədislərə əsaslandığını bu kitabçadan oxuya bilərsiniz: Müsəlmanın qalası

Teqlər: 
Paylaş: