Həccə gedən qadın hicab bağlamasa onu göndərən günah qazanırmı?

    12.06.2015
Sual: 
hecce geden bir qadin basini ortmurse geyimine fikir vermirse onun gunahi onu hecce gonderen sexsin boynuna dusurmu?
Cavab: 

Salam aleykum. Həccə gedib-getməməyindən asılı olmayaraq hicab bütün qadınlara vacibdir, hicab bağlamayan qadınlar Allaha asi olmaqla böyük günah qazanırlar. Bəzi ibadətləri (məsələn, namaz) yerinə yetirərkən isə hicab olmasa, ibadət qəbul olunmaya bilər. Əgər siz həmin qadının məhrəmisinizsə, ona gözəl şəkildə bu məsələləri izah etməlisiniz və günahdan çəkindirməyə çalışmalısınız. Daha ətraflı: Hicab azadlıqdır!
Həmin qadının etdiyi əməllərə görə sizə günah yazılmır, amma günahlardan çəkindirmək sizin üzərinizdə olan vəzifədir. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).
Həmçinin bir məsələni də qeyd edək ki, qadının yanında məhrəmi olmadan uzaq səfərə şıxması icazəli deyil. Həmçinin oxuyun:
Qadın yanında məhrəmi olmadan xaricə təhsil almağa gedə bilərmi?
İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: