Allahın "əl-Fəttəh" adının mənası

    07.05.2015

əl-Fəttəh sözü fəth edən, kömək edən, hökm verən deməkdir. Allahın əl-Fəttəh adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:
“De: "Göylərdən və yerdən sizə ruzi verən kimdir?" De: "Allahdır! Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir". De: "Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə sorğu-sual edilməyəcəyik". De: "Rəbbimiz hamımızı bir araya toplayıb sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir (əl-Fəttəh), Biləndir" (Səba, 24-26).
əl-Fəttəh olan Allah, bəndələrinin qəlblərini haqqı görmək üçün açandır. O, bəndələrinə mərhəmət və ruzi qapılarını açan, onların arasında ədalətlə hökm verəndir. 

Paylaş: