Möhürsüz namaz qılmaq olar?

    22.01.2014
Kimdən: 
Sual: 
Salam aleykum. Mohursuz namaz qilmaq olar?
Cavab: 

Aleykum salam. Namazı Allah Rəsulunun (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurduğu kimi qılmaq lazımdır. Bir hədisdə peyğəmbər əshabələrinə "məni necə namaz qılan gördünüz, elə də qılın" - deyə əmr edir. Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, peyğəmbərimiz möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Həmçinin peyğəmbər belə demişdir: "Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməli rədd edilir". (Səhih Muslim).
Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə, o əməl ondan qəbul olunmaz. Hər bir müsəlman dinə, ibadətə aid olan şeyləri yalnız Allahın elçisindən götürməlidir. Uca Allah buyurur: "Həqiqətən, Allahın Rəsulu, Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl bir örnəkdir!" (əl-Əhzab, 21).
Digər ayədə isə belə deyir: "(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).

Teqlər: 
Paylaş: