Allahı görməyi arzulamaq olarmı?
Sual:
Salam size bir sualim var son zamanlar mende bir Arzu yaranib Allahimi gormek isteyirem ozude cox bilmirem niye bele olur son zamanlar her gun ozume deyirem kawki Allahimi gore bileydim.Bilmirem bu duzgundur yoxsa yox.Gunah deyilki bu istediyim?
Cavab:
Aleykum salam. Xeyr, bu cür arzu etmək günah deyil. Bilməlisiniz ki, dünyada heç kəs Allahı görə bilməz, Cənnətdə isə möminlər Allahı görəcəklər. Ona görə də Cənnətə düşmək üçün Allaha şərik qoşmamaq, başda namaz olmaqla çoxlu xeyirli əməllər etmək lazımdır. Daha ətraflı: Axirətdə Allahı görmək olacaqmı?