Falçının yazdığı duanı üstə taxıb gəzdirmək olarmı?

    24.06.2015
Kimdən: 
shebo
Sual: 
Menım bır tanıshım var 2 ıl heyatında bırını sevıb oz sehvlerı uzunden ayrıldılar ve o quran acdırdı kıshı dedı kı aranızda hasar var sene bashqa qapı gorsenır .padruqam hec cur olmayacaq deyıb oda men komek ederem deyıb dua yazıb deyıb uzerınde olsun..o duanı ustunde gezdırmek gunahdırmı??? Ama sora tovbe etdı naMaza bashladı ve bır ûmıdle allaha dua edır ıcınde boyuk ümid var kı bır gun oglanla barıshacaqlar . Xaısh etraflı cavab yazın
Cavab: 

Salam aleykum. Fala baxdırmaq, Quran açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90). Həmçinin oxuyun:
Çətinliyə düşəndə mollanın yanına gedib dua yazdırmaq olarmı?
Evdə ruzi duası saxlamaq barədə

Teqlər: 
Paylaş: