Quran oxuyarkən Allaha dua etmək olar?
Sual:
Salam aleykum. Qurani Kərimi achib oxuyarken Allaha dua etmek olarmi? Hem de oxuyub qurtardiqdan sonra olar dua etmek Allaha?
Cavab:
Aleykum salam. Ümumiyyətlə hər bir xeyir işin əvvəlində də, sonunda da peyğəmbərin etdiyinə uyğun dua etmək müstəhəb (bəyənilən) əməllərdən sayılır. O cümlədən Qurani Kərimi də oxumaq xeyir əməllərdən hesab olunur. Uca Allah buyurur: "Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim". (Ğafir, 60).