Xəstəliyə görə namazı tərk etmişdim, indi başlaya bilmirəm...
Aleykum salam. Heç bir səbəbə görə namazı tərk etmək olmaz, bu ən böyük günahlardandır. Xəstə vaxtı necə namaz qılmaq barədə daha ətraflı bu linkdən oxuyun:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Namazları buraxan adam tövbə edərək namaza başlamalıdır. Buraxdığı namazların üzərindən bir neçə gündən artıq keçibsə, qəzasını qılmır, amma bu böyük günaha görə ürəkdən tövbə edərək bir daha bunu təkrarlamayacağına qəti qərar verir. Namaza başlaya bilməmək isə şeytanın vəsvəsəsidir. Vəsvəsəyə önəm verməyərək dərhal namaza başlamaq lazımdır. Vəsvəsədən qorunmaq üçün çoxlu zikrlər etmək ("əuzu billəhi minəş-şeytani rəcim" demək, ayətul-kursi, ixlas, fələq, nas surələrini oxumaq), hər gün Quran oxunmasını dinləmək, tərcüməsini oxumaq və digər əməlləri etmək lazımdır.