Qəbir salamı nədir?
Sual:
SALAMUN ELEYKUM.menim iki sualim var. 1. qebr salami nedir? her kese eyni derecede olur?.2.olen insanin ruhu sag insane gire bilermi?
Cavab:
Aleykum salam.
- Cavabı buradan oxuyun: Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
- Ölmüş insanın ruhu sağ adama girə bilməz. Ölənlərin ruhları bərzəx aləmində qalırlar, Qiyamət günü Uca Allah bədənləri dirildərək hər ruhu öz bədəninə qaytaracaq. Uca Allah buyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85).