Çimmək dəstəmazı əvəz edirmi?

    02.07.2015
Sual: 
Çox xahiş edirem.allah rizası üçün cavablandırasız.bilmek istiyirem,boynumda heç bir qüsul yoxken sadece çimmek destemazı evez edirmi?allah hamımızdan razı olsun inşallah!
Cavab: 

Salam aleykum. Ümumiyyətlə cənabət qüslundan başqa təmizlik və sərinlənmək məqsədi ilə yuyunmaq dəstəmazı əvəz etmir. Mütləqdir ki, ya çimməmişdən öncə ya da çiməndən sonra dəstəmaz alınsın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224).

Teqlər: 
Paylaş: