Namazı düzgün qılmamaq günahdırmı?

    22.01.2014
Kimdən: 
roya
Sual: 
Salam aleykum. Namazi qilanda duzgun qilmaq lazimdir? Ama bunu yashli adam duz qilmirsa onun qildigi namaz qebuldu, ya yox?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə ilk öncə müsəlman olan kəs bilməlidir ki, ibadətin istənilən növü Quran və Sünnəyə qəsdli şəkildə zidd olarsa, o əməl Allah dərgahında ondan qəbul olunmaz. Nazamda həmçinin bu qəbildəndir. Səhih hədislərdə deyilir ki, əməlin qəbul olunması üçün iki vacib şərt var. Birincisi, "ixlas" yəni səmimiyyət, sırf Allah rizası üçün, ikincisi isə peyğəmbərin "sünnə"-sinə (yolu) uyğun olmalıdır. Lakin zəruri hallar istisnadır. Məsələn; Yaşlı insan nə qədər çalışsa da, yaşlı olduğundan tam düzgün yerinə yetirə bilmir. Yaxud savad baxımından kasad olan insan və s. Bu kimi insanlar bu ayəyə əməl edir: "Allahdan bacardığınız qədər qorxun". (ət-Təğabun, 16).

Teqlər: 
Paylaş: