Üzərində məscid şəkli olan səccadələrdə namaz qılmaq olarmı?

    08.07.2015
Sual: 
Əssələmu aleykum ve rahmətullah.Allah sizi xeyirlə mükafatlandırsın.Sualım belədir-Üzərində məscid şəkli olan səccadələrdə namaz qılmaq olarmı.Əssələmu aleykum ve rahmətullah.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Üzərində Kəbənin, Peyğəmbər məscidinin və ya hər hansı bir məscidin şəkli olan xalçanın üstündə namaz qılmaq bəyənilmir, çünki bu, bir növ İslamın rəmzlərini ayaq altına atmaq, hörmətdən salmağa bənzəyir. Həmçinin, üzərində şəkil olan xalçalar namazda fikri yayındırır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, "Bir dəfə peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) üzərində müx­təlif rənglərdən ibarət xətlər olan paltarda namaz qıldı və o xətlərə nəzər saldı. Namazı qılıb qur­tardıqdan sonra dedi: "Aparın bu paltarı verin Əbu Cəhmə (Adı: Ubeydullah ibn Huzeyfə əl-Quraşi əl-Adəvi), mənə də sadə (üzərində fikri yayındıra biləcək əlamət olmayan) bir ənbi­caniyyə (Yundan hazırlanmış paltar) gə­ti­rin. Həqiqətən, bu, məni namaz­dan yayındırdı". (əl-Buxari və Muslim).

Teqlər: 
Paylaş: