Qibləni kompassız necə təyin etmək olar ?
Sual:
Salam aleykum. Men Siyezende yashayiram. Bilmek isterdim ki, qibleni kompassiz nece teyin ede bilerem?
Cavab:
Aleykum salam. Bütün Azərbaycan ərzasində sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sola dönsəniz qibləyə yönəlmiş olacaqsınız.
Uca Allah buyurur: "(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız". (əl Bəqərə, 150).