Naməhrəmin yanında namaz qılmaq icazəlidirmi?

    22.01.2014
Sual: 
Salam aleykum. Yer olmadiqda namehrem olan yerde namaz qilmaq olar?
Cavab: 

Aleykum salam. Qadın namaz qılarkən naməhəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar. Qadın namaza başlayarkən diqqət yetirməlidir ki, naməhrəm kişilərin gediş-gəlişindən uzaq bir yerdə dursun. Amma ondan asılı olmayan zəruri səbələr üzündən namazın ortasında naməhrəm kişi onu görsə də belə, inşallah, yenə namazı düzgündür. Əsas odur ki, qadın namaz qıldıqda örtməli olduğu yerlərini örtsün.

Teqlər: 
Paylaş: