Aşağıdakı duanın mənası nədir?
Aleykum salam. Qeyd etdiyiniz bu dua yuxudan oyanarkən edilən zikrlərdəndir və tam olaraq mətni belədir: "Lə iləəhə illəllaahu vahdəhuu ləə şəriikə ləh. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə aləə kulli şeyin qadiir. Subhəənəllaah, va-l-həmdu lilləəh, va ləə iləəhə illəllaah vallaahu əkbər, Va ləə havlə va ləə quvvatə illəə billəəhi-l-aliyyi-l-aziim, Rabbiğfirlii". (Allahdan başqa haqqq məbud (ibadət olunan) yoxdur, O təkdir, Onun heç bir şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allah pak və müqəddəsdir. Həmd-səna yalnız Allahadır və Allahdan başqa haqq məbud yoxdur, Allah ən Böyükdür! Qüdrət və güc də yalnız Uca və Əzəmətli Allahdandır! Ey Rəbbim məni bağışla!). ("Kim gecə oyanarkən bunları desə, bağışlanar, dua etsə ona cavab verilər. Qalxıb dəstəmaz alsa, sonra namaz qılsa, namazı qəbul olunar". "Fəthu-l-Bəəri" kitabı, 3/39 və başqaları. Bu, İbn Məcənin mətnidir. Bax: "Səhih İbn Məcəh", 2/335).