3. Yuxudan oyanarkən edilən zikrlər
1. [Əlhəmdulilləhi-l-ləzi əhyənə bə'də mə əmətənə və ileyhi-n-nuşur]
1. «Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır».[1]
2. [Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku və ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir, subhənəllahi, va-l-həmdulilləhi, va lə iləhə illəllahu, vəllahu Əkbər, va llə havlə va lə quvvatə illə billəhi-l-aliyyi-l-azim, rabbiğfir li]
2. «Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allahdadir! Ey Rəbbim məni bağışla!»[2]
3. [Əlhəmdulilləhi-l-ləzi afəni fi cəsədi, va raddə aleyyə ruhi, va əzinə li bizikrihi]
3. «Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izin verən Allaha həmd olsun!»[3]
4. Ali İmran surəsinin 190-cı ayəsindən sonuncu (200-cü ayəsinə) qədər oxumaq:
[İnnə fi xalqi-s-səməvati va-l-ardi va-x-tiləfi-l-leyli va-n-nəhəri lə əyəti-l-li uli-l-əlbəb -
Əlləzinə yəzkurunə-l-lahə qiyəmən va quudən va alə cunubihim va yətəfəkkərunə fi xalqi-s-səməvati va-l-ard, rabbənə mə xaləqtə həzə bətılən subhənəkə fə qinə azəbə-n-nər -
Rabbənə innəkə mən tudxili-n-nəra fəqad əxzəytəh, va mə li-z-zaliminə min ənsar -
Rabbənə innənə səmi'nə munədiyə-y-yunədi li-l-iməni ən əminu bi rabbikum fə əmənnə, rabbənə fəğfirlənə zunubənə va kəffir annə seyyiətinə va təvaffənə məa-l-əbrar -
Rabbənə va ətinə mə vaədtənə alə rusulikə va lə tuxzinə yovmə-l-qiyəməh -
Rabbənə innəkə lə tuxlifu-l-miad - Fəstəcəbə ləhum rabbuhum ənni lə udiu amələ amili-m-minkum min zəkərin av unsə, ba'duku-m-min ba'd, fə-l-ləzinə həcəru va uxricu min diyərihim va uzu fi səbili va qatəlu va qutilu lə ukəffirannə anhum seyyiətim, va lə udxilənnəhum cənnətin təcri min təhtihə-l-ənhəru səvabəm min indi-l-ləh, vallahu indəhu husnu-s-səvab -
Lə yəğurranəkə təqallubu-l-ləzinə kəfəru fi-l-biləd - Mətəun qalilun summə mə'vahum cəhənnəm, va bi'sə-l-mihəd -
Ləkini-l-ləzinə-t-təqav rabbəhum, ləhum cənnətun təcri min təhtihə-l-ənhəru xalidinə fihə nuzuləm min indilləh, va mə indəllahi xayru-l-lil əbrar -
Va innə min əhli-l-kitəbi ləmə-y-yu'minu billəhi va mə unzilə ileykum va mə unzilə ileyhim xaşiinə lilləhi lə yəştərunə bi əyətilləhi səmənən qalilə, uləikə ləhum əcruhum ində rabbihim, innə-l-lahə səriu-l-hisəb -
Yə əyyuhə-l-ləzinə əmənu-s-biru va sabiru va rabitu va-t-təqullahə ləalləkum tuflihun] (əl Bəqərə, 190-200).
4. «Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünürlər (və deyirlər): «Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda daxil etdiyin kəsi əlbəttə, rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: «Rəbbinizə iman gətirin!» – deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla (möminlərlə) bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədə xilaf çıxmırsan!» Onların Rəbbi onlara cavab verdi: «Mən, sizlərdən – istər kişi, istərsə də qadın olsun – heç bir iş görənin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz (dində kişi və qadın eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin əlbəttə təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu, onlar üçün) Allahdan bir mükafatdır. Gözəl mükafat yalnız Allah yanındadır». Qoy kafirlərin diyarbədiyar gəzib-dolaşması səni aldatmasın! Bu, az (yaxud keçici) bir zövqdür. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora nə pis yataqdır! Lakin öz Rəbbindən qorxanlar üçün [ağacları] altından çaylar axan cənnətlər vardır ki, onlar orada əbədi qalacaqlar. (Bu, onlar üçün) Allahdan bir ziyafətdir. Allah yanında olan (nemətlər) itaətkarlar (möminlər) üçün daha xeyirlidir. Həqiqətən, Kitab əhlindən elələri də vardır ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. Ey iman gətirənlər! Səbir edin, dözümlü ölün, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» (Ali-İmran, 190-200)[4]