2. Zikrin fəziləti

Zikrin fəziləti
 
     Uca Allah buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr et­məyin".[1]
 
   "Ey iman gətirənlər! Allahı çox-çox zikr edin".[2]
 
 
   "…Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və bö­yük mükafat ha­zırlamışdır".[3]

   "Səhər-axşam ürəyində yalvararaq və qorxa­raq, səsi qaldırmadan Rəbbini yad et və qafil­lərdən olma!"[4]
   Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Rəbbini yad edənlə Rəbbini yad et­məyənin misalı diri ilə ölünün misalına bənzəyir".[5]
   Başqa bir rəvayətdə (sallallahu aleyhi və səlləm) de­mişdir: "Sizə əməllərinizin ən xeyirlisi­ni, Sa­hi­biniz yanında ən təmiz olanı­nı, dərə­cələriniz içində ən yüksəyini, si­zin üçün qızıl-gümüş xərcləməkdən daha xeyir­lisini, düşməninizlə qarşılaşıb onla­rın boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bil­d­­i­rimmi?" (Əshabələr) dedilər: «Bəli!» O dedi: «Uca Allahı zikr et­məkdir".[6]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Məni yad et­dikcə onun­la­yam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni ca­maatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mə­nə bir qarış yaxınlaşsa, Mən ona bir dir­sək yaxınlaşaram. O Mənə bir dirsək yaxın­laşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm".
[7]
Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Pey­ğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: "Ey Allahın elçisi! İslam ayinləri­nin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öy­rət ki, ondan bərk-bərk yapı­şım". O dedi: «Çalış ki, dilin daim Alla­hı zikr et­məklə islaq qalsın".[8]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim Allahın Kitabından bir hərf oxusa, bu­nunla ona bir savab yazılır. Bu savab isə on sa­vab mislindədir. Mən demirəm «əlif, ləm, mim» bir hərfdir. Əksinə, əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir".[9]
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Biz Süf­fədə[10] olarkən Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) gəlib dedi: "Hansınız hər səhər Büthan yaxud əl-Əqiq vadisinə gedib günah işlə­mədən və qohumluq əlaqələ­rini kəsmədən oradan hör­güclü iki maya dəvə gətirmək istəyir". Biz dedik "Ey Allahın elçisi! Biz bunu istəyirik". O de­di: "Sizlərdən biri səhər məscidə gedib qüdrət və qüvvət sahibi olan Allahın Kita­bın­dan iki ayə öyrənərsə yaxud (onları) oxuyarsa, bu onun üçün iki dəvədən daha xeyirli olar. Üç (ayə) onun üçün üç (dəvədən), dörd (ayə) onun üçün dörd (dəvədən) daha xeyirli olar. (Öyrə­nilən və oxunu­lan) ayə­lərin sayı nə qədərdirsə, o qədər də dəvə­lərdən daha xeyirli­dir".[11]
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Kim oturduğu (hər han­sı) bir yerdə Alla­hı yad etməsə, (Axirətdə) Allah onu peş­mançılığa məruz qoyar. Kim uzan­dığı (hər hansı) bir ya­taqda Allahı yad etməsə, (Axirətdə) Allah onu peşman­çılığa məruz qoyar".[12]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir məclisdə oturub, orada Allahı yad etməyən və öz peyğəm­bərinə salavat gətir­məyən bir camaat (Qiya­mət gü­nü) mütləq peş­mançılığa məruz qalar. Sonra Allah istəsə on­lara əzab ve­rər, istəsə on­ları bağışlayar".[13]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "O camaat ki, məclisdən Allahı zikr et­məmiş qal­xırlar, onlar uzunqulaq leşi üzə­rindən qalxmış kimidirlər. Buna görə onlar peş­man olacaq­lar".[14]

 
[1] əl-Bəqərə, 152.
[2] əl-Əhzab, 41.
[3] əl-Əhzab, 35.
[4] əl-Ə'raf, 205.
[5] «Fəthul-Bari», 11/208; Muslim isə bu hədisi belə rəvayət etmişdir: «Allah yad edilən evlə Allah yad edilməyən evin misalı diri ilə ölünün misalına bənzəyir». 1/539.
[6] ət-Tirmizi, 5/459; İbn Macə, 2/1245. Bax: «Səhih ibn Macə», 2/316; «Səhihu-t-Tirmizi», 3/139.
[7] əl-Buxari, 8/171; Muslim, 4/2061. Bu, əl-Buxarinin mət­ni­dir.
[8] ət-Tirmizi, 5/458; İbn Macə, 2/1246. Bax: «Səhihu-t-Tir­mizi», 3/139; «Səhih ibn Macə», 2/317.
[9] ət-Tirmizi, 5/175; Bax: «Səhihu-t-Tirmizi», 3/9 və «Səhi­hul-Camiu-s-Səğir», 5/340.
[10] [Süffə - Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidində ev­siz­lər üçün ayrıl­mış bir yerdir.]
[11] Muslim, 1/553.
[12] Əbu Davud, 4/264 və başqaları. Bax: «Səhihul-Cami», 5/342.
[13] ət-Tirmizi. Bax: «Səhihu-t-Tirmizi», 3/140.
[14] Əbu Davud, 4/264; Əhməd, 2/389; Bax: «Səhihul-Cami», 5/176.