Səndən yemək istədim

    19.11.2014

Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “(Qiyamət günü) Allah öz quluna buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. Qul deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaq­dın?” Yenə buyuracaq:
“Ey Adəm oğlu! Səndən su istədim, Mə­nə su vermədin”. Qul deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?” Allah buyuracaq: “Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaq­dın?” Ye­nə buyu­racaq:
“Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin”. Qul deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ol­du­ğun halda, mən Sənə necə baş çəkə bilərdim?” Allah buyu­ra­caq: “Filan qulumun xəstələndiyini bilmirdinmi? Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın”, yaxud “Məni onun yanında tapardın”. (əl-Buxari “Ədəbul-Mufrad”, 517).

 
Paylaş: