Ta Hə surəsi 15-ci ayəsinin təfsiri

    11.07.2015
Kimdən: 
Samir
Sual: 
Salam Aleykum/ Taha suresinin 15 ci ayesinin aciqlamasin genis sekilde yaza bilersiz zehmet olmasa
Cavab: 

Aleykum salam. Uca Alla buyurur: "Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm". (Ta Hə, 15).
Uca Allah buyurur: "Onlar səndən Saat haqqında soru­şur­lar: "O haçan gələcəkdir?" De: "Həqiqətən, onu bilən təkcə Rəbbimdir. Ondan başqa heç kim onun başlanması vaxtını aşkar etməyə qadir deyildir". (əl-Əraf, 187); "O Saat haqqında bilik Ona aiddir". (Fussilət, 47).

Uca Allah bu dünyanın sonunun başlan­ması müddəti haqqında biliyi bütün məxluqlarından, hətta yaxın mələklərdən və saleh peyğəmbərlərdən (Allahın onlara salamı olsun) də gizlətmişdir. Vəd edilən Saat başladıqda, hər bir məx­luq öz etdikləri yaxşı və pis əməllərinə görə əvəz alacaqdır. Qiyamət günü – Axirət həyatının sadəcə qapısıdır və buna görə Uca Allah buyurur: "Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür". (ən-Nəcm, 31). (Abdurrahmən ibn Nasir əs-Sə'di, MÜQƏDDƏS QURAN TƏFSİRİ - Mənbə: http://qurantafsiri.blogspot.com).
Teqlər: 
Paylaş: