Cənabətli bir şəxsin ölüm ayağında gətirdiyi şəhadət qəbul olunur?

    17.07.2015
Kimdən: 
murad
Sual: 
Salam aleykum,cənabətli bir şəxsin ölüm ayağında olarkən şəhadət gətirməsi qəbul olunur yoxsa yox?
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ölüm ayağında olan ölülərinizə "Lə İləhə İlləllah" kəlməsini dedizdirin!". (Muslim, Əbu Dəvud, Tirmizi və başqaları). "Kimin son kəlməsi (sözü) "Lə İləhə İlləllah" olarsa, Cənnətə daxil olar. (Əbu Dəvud). Peyğəmbər burada həmin şəxsin cənabətli olub-olmaması arasında fərq qoymamışdır. Həmçinin oxuyun: Çox günah edib öləndə "lə iləhə illəllah" deyən şəxs Cənnətə girirmi?

Paylaş: