Şaban ayında oruc tutmaq olarmı?

    20.07.2015
Kimdən: 
Tahirb
Sual: 
Salam Qardaw Bu Ay Waban Ayidir Oruc Tuta Bilerem Bugunnen? Ve Iftari Ne Vaxt Nece Acmaliyam Azandan evvel yoxsa Sonra?
Cavab: 

Və aleykum Salam. Şaban ayında (Ramazan ayından əvvəlki ay) oruc tutmaq müstəhəb (bəyənilən) olan əməllərdəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir neçə gün istisna olmaqla Şaban ayının çox hissəsini oruc tutardı. Ummu Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Mən heç vaxt görmədim ki, Allah Rəsulu ardıcıl olaraq iki ayı oruc tutsun, yalnız Şaban və Ramazanı birləşdirirdi". (İmam Əhməd, 26022; Əbu Davud, 2336; ən-Nəsai, 2175; İbn Məcəh, 1648).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) Şaban ayından başqa ilin hər hansı bir ayını tam oruc tutmazdı, şaban ayını ramazan ayına birləşdirərdi. (Əbu Davud, 2048).
Aişə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) aylar arasında yalnız Ramazan ayını tam oruc tutardı. Aylar içərisində isə ən çox Şaban ayında oruc tutardı". (əl-Buxari, 1969).
Əbu Sələmə (Allah ondan razı olsun) nəql edir ki, mən Aişədən (Allah ondan razı olsun) peyğəmbərimizin oruc tutması barədə soruşdum və o belə dedi: "Oruc tuturdu və biz düşünürdük ki, artıq həmişə oruc tutacaq. Sonra oruc tutmurdu və biz düşünürdük ki, artıq oruc tutmayacaq. Lakin şaban ayında olduğu kimi hər hansı başqa bir ayda oruc tutduğunu heç vaxt görmədim. Şaban ayının hamısını oruc tutar və bir neçə gün istisna olmaqla şaban ayının hamısını oruc tutardı". (Muslim, 1156). 
Usamə ibn Zeyd (radıyəllahu anhu) rəvayət edir ki, mən dedim: "Ey Allahın Rəsulu, görürəm ki, aylardan şaban ayında digər aylara nisbətən daha çox oruc tutursunuz. O dedi: "İnsanların çoxu rəcəb ilə ramazan ayı arasında olan bu ay barədə qafildirlər. Bu ayda insanların əməlləri aləmlərin Rəbbinə yüksəldilir və mən istəyirəm ki, oruclu olduğum halda mənim əməllərim yüksəlsin". (ən-Nəsai, 2221). Həmçinin oxuyun: Rəcəb və Şaban aylarında nə etmək və Ramazana necə hazırlaşmaq lazımdır?

Teqlər: 
Paylaş: