Ramazan ayında gündəlik dualardan başqa hansı duaları oxumaq olar?

    09.08.2015
Kimdən: 
aytac
Sual: 
gündelik dualardan başqa hansı duaları oxumaq olar?
Cavab: 

Salam aleykum. Ramazan ayında "hər günün duası" anlayışı yoxdur. Bu haqda nə Qurani kərimdə, nə də səhih hədislərdə və digər mənbələrdə heç bir məlumat verilməyib. Ramazanın hər bir günündə digər ayların günlərində olduğu kimi istədiyiniz duaları edə bilərsiniz, bunun üçün günləri xüsusiləşdirmək lazım deyil. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: "Ramazanda dua edən hər bir müsəlmanın qəbul olunan duası vardır". (əl-Bəzzar "Kəşfu-l-Əctər" kitabı, 962; "Səhihu-t-Tərğib va-t-Tərhib" kitabı, 1/419). Aişə (radıyəllahu anhə) demişdir: "Dedim, ey Allahın Rəsulu, Qədr gecəsinin hansı gecənin olduğunu bilsəm, nə deyim? Dedi: "De ki, Allahım, həqiqətən, Sən bağışlayansan və bağışlamağı sevirsən. Məni bağışla!" (ət-Tirmizi, 3513; "Səhihu-l-Cəəmi" əsəri, 4423).
"Üç dua vardır ki, geri qaytarılmır: Atanın, oruclunun və müsafirin duası". (əl-Beyhəqi, 3/345). Həmçinin oxuyun:
Müsəlmanın qalası (dua və zikrlər)
Oruc tutan iftarını açarkən etdiyi dua
Duaların qəbul olunması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: